Özbəkistanın paytaxtı Yakkasaray rayonunda sintetik yastıq istehsalı müəssisəsində yanğın baş verib, iki nəfər ölüb.
1xeber.media xəbər verir ki, bu barədə mayın 1-də Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sintetik yastıq istehsalı sexində baş verən yanğınla bağlı məlumat həmin gün saat 7:01-də Fövqəladə Hallar Nazirliyinin növbətçi hissəsinə daxil olub.
“Yanğınsöndürmə və xilasetmə bölmələri hadisə yerinə saat 07:04-də, yanğın 07:45-də lokallaşdırılıb və saat 08:09-da söndürülüb”, - deyə idarənin Teleqram-kanalında bildirilib.