Hindistan və Pakistan arasında vəziyyətin gərginləşməsi Ukrayna münaqişəsinin həlli cəhdlərini sürətləndirəcək.
1xeber.media xəbər verir ki, bu fikri mayın 1-də Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak RBC Ukrayna nəşrinə müsahibəsində bildirib.
“Düşünürəm ki, bu gün bu regionu təhdid edən müharibə Ukraynadakı problemin [münaqişənin] düzgün həlli cəhdlərini sürətləndirəcək”, o deyib.
İki dövlət arasında sərhəddə artıq baş vermiş toqquşmalara baxmayaraq, rəsmi Hindistan və Pakistan arasında münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalının az olduğunu qeyd edib.
O, həmçinin vurğulayıb ki, bu işdə hər iki tərəf nüvə silahına malikdir.