Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı üçün hələlik heç bir təhlükə yoxdur, ölkənin xarici işlər naziri Mikael Aqasandyan bildirib.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Diplomat əmin edib ki, bu yaxınlarda qəbul edilmiş “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun deklarativ xarakter daşıyır. “Söhbət gömrük, gömrük-tarif və texniki tənzimləmə, ticarət siyasəti, sanitar və fitosanitar tədbirlər kimi sahələrdən gedir”, - deyə Ağasandyan bildirib.
Aprel ayında respublikanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistan Rusiya ilə münasibətləri kəsməyəcək və ya pisləşdirməyəcək.
Elə həmin ay Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin erməni həmkarı Ruben Rubinyanla telefon danışığı zamanı demişdi ki, Moskva Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasını alqışlayır.