Вернуться назад Распечатать

ABŞ-Ukrayna yeraltı sazişinin mətni dərc olunub

Ali Radanın deputatı Yaroslav Jeleznyak yeraltı sərvətlərə dair ABŞ-Ukrayna sazişinin tam mətnini dərc edib.

1xeber.media xəbər verir ki, sənəd deputatın Telegram-kanalında dərc olunub.

“Amerika Birləşmiş Ştatları Hökuməti və Ukrayna Hökuməti (hər biri “Tərəf” və birlikdə “Tərəflər”) ABŞ-Ukrayna arasında Bərpa İnvestisiya Fondunun yaradılması üçün bu Sazişi bağlayırlar”.

Sənədə görə, saziş “ABŞ-ın Ukraynanın təhlükəsizliyinə, firavanlığına və bərpasına dəstəyinin nümayişi” və ölkənin qlobal iqtisadi çərçivəyə inteqrasiyasıdır. Mətndə qeyd edildiyi kimi, sazişin məqsədi Kiyev və Vaşinqton arasında “iqtisadi əməkdaşlığın daha da inkişafı”dır.