Вернуться назад Распечатать

Tamstore yeni region filialını Naxçıvanda açdı!

“Tamstore” marketlər şəbəkəsi yeni region filialını Naxçıvanda açaraq müştərilərinə daha yaxın oldu!

1xeber.media xəbər verir ki,4 aprel tarixində Naxçıvan rayonunda "Tamstore" marketlər şəbəkəsinin yeni filialının təntənəli açılışı baş tutdu. Açılış münasibətilə 2 mindən çox məhsula 65 faizədək xüsusi endirimlər tətbiq olunaraq, müştərilərə sərfəli alış-veriş imkanı yaradıldı.

Tədbirə tanınmış müğənnilər – Talib Tale və Damla həmçinin DJ Zeo qatılaraq əhval-ruhiyyəni daha da canlandırdılar. Həm yerli sakinlər, həm də alış-veriş həvəskarları üçün unudulmaz anlar yaşanaraq, açılış əsl bayram ab-havasında keçdi. Yeni filialda yüksək keyfiyyətli məhsullar müştərilərə münasib qiymətlərlə təqdim olunur. 

“Tamstore” olaraq, daim müştəri məmnuniyyətini əsas götürərək daha rahat və qənaətcil alış-veriş mühiti yaratmağa davam edirik.
Gənc və enerjili auditoriyanı cəlb edən endirim kampaniyaları, açılış tədbirində böyük maraqla qarşılandı. Tədbir zamanı qonaqların sevilən sənətçilərlə foto çəkdirmələri üçün hər cür şərait yaradıldı və bu da iştirakçılara xoş anlar yaşatdı.