Вернуться назад Распечатать

Zelenski Ukraynanın atəşkəsə hazır olduğunu açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin atəşkəsə hazır olduğunu bildirib.

1xeber.media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

"Ukrayna kifayət qədər müddətə tam və qeyd-şərtsiz atəşkəsə hazırdır ki, bu da sülhə doğru ilk addım olmalıdır. Biz bu işdə bizə dəstək olan hər kəsə minnətdarıq", - Zelenski yazıb.

Ukrayna liderinin sözlərinə görə, o, bu yaxınlarda Lüksemburqun xarici işlər naziri Xavier Bettel və ölkənin müdafiə naziri Yuriko Backes ilə görüşüb. Zelenski onlara Kiyevə hərbi yardım göstərdiklərinə və enerji sektorunda dəstəyə görə təşəkkür edib. Tərəflər davamlı sülhə nail olmaq üçün diplomatik səyləri də müzakirə ediblər.

Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynanın ABŞ-ın 22 şərti ilə razılaşdığını bəyan edib. Onun sözlərinə görə, danışıqlar masasında avropalılar da olub.