Filippində ödənişli avtomobil yolunda baş vermiş yol qəzası nəticəsində 6-sı uşaq olmaqla 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 30-da GMA News məlumat yayıb.
"Avtobus artıq gediş haqqını ödəmək üçün növbəyə dayanmış mikroavtobusla toqquşub. Mikroavtobus daha sonra yığcam yolsuzluq avtomobili ilə toqquşub, o, daha sonra traktorun qabağına çırpılıb. Daha sonra traktor qarşısında dayanmış digər yolsuzluq avtomobilinə dəyib", - məqalədə aydınlıq gətirilib.
Agentliyin məlumatına görə, ölənlərdən 10-u mikroavtobusda, ikisi isə yığcam yolsuzluq avtomobilində olub. Mikroavtobusun sürücüsünün vəziyyəti ağırdır.