Вернуться назад Распечатать

Prezidentin yüksək vəzifə verdiyi İlham Mirzəliyev KİMDİR?

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İlham Mirzəliyev “Azəristiliktəchizat”a sədr təyin edilib.

1xeber.media İ.Mirzəliyevin dosyesini təqdim edir:

Mirzəliyev İlham Ata oğlu 1960-cı ildə anadan olub.

İqtisadçı-mühəndisdir.

1982-2000-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planalaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini

2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin  “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini

2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini

Azərbaycan Respublikası Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edib.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.

İqtisad üzrə fəlsəfə doktorudur.

Ailəlidir, 2 övladı var.