Вернуться назад Распечатать

Trampa Rusiyaya iqtisadi təzyiq variantları təklif olunur

ABŞ prezidenti Donald Trampın yaxın ətrafı Rusiyanı Ukrayna münaqişəsinin həllinə sövq etmək üçün ona iqtisadi təzyiq variantları təklif edir.

1xeber.media xəbər verir ki, bu barədə mayın 2-də mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Məqalədə deyilir: “ABŞ rəsmiləri Rusiyaya iqtisadi təzyiqi artırmaq üçün prezident Donald Trampa bir sıra variantlar hazırlayıblar.

Bununla belə, münaqişənin həlli istiqamətində diplomatik səylərin davam etdiyi üçün Trampın hələlik heç bir qərar vermədiyi aydınlaşdırılır. Materialda bu mümkün təzyiq variantlarının nə olduğu barədə ətraflı məlumat verilmir.