Rusiya “Taliban” hərəkatına İslam Dövlətinə aid olan “Vilayət Xorasan” qruplaşmasının terrorçularına qarşı mübarizədə kömək edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.
“Taliban” ultra-radikal “qlobal cihad” ideologiyasını qəbul edən Xorasan Vilayəti ilə mübarizədə səy göstərir. Bu qruplaşma Rusiya və Əfqanıstan üçün ortaq düşməndir”.
Kabulov qeyd edib ki, Rusiya müvafiq strukturlar vasitəsilə Talibana hər cür yardım göstərəcək.
Aprelin 17-də Rusiya Federasiyasının Ali Məhkəməsi 2003-cü ildən qüvvədə olan “Taliban” terror hərəkatının Rusiyada fəaliyyətinə qoyulan qadağanı müvəqqəti olaraq dayandırıb. Bununla belə, “Taliban” Rusiya Federasiyasının FSB-nin terror təşkilatları siyahısında qalıb.
Bu qərarı şərh edən xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Talibanın Əfqanıstandakı qüdrəti nəzərə alınmalı olan reallıqdır.
Bundan əvvəl Rusiyada “Taliban turu”nun açıla biləcəyi barədə məlumat yayılmışdı.