Вернуться назад Распечатать

Dövlət Təhlükəsizliyi Xidməti İslam Dövləti ilə əlaqədə şübhəli bilinən xarici vətəndaşı saxlayıb

1xeber.media xəbər verir ki, Mayın 2-də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti xarici dövlətin təşəbbüsü ilə İnterpolun sirkulyarına əsasən axtarışda olan xarici vətəndaşın Rustavi şəhərində saxlanıldığını elan edib.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin 2014-cü ildə Yaxın Şərqə getdiyi və regionda fəaliyyət göstərən “İslam Dövləti” terror təşkilatının sıralarına qoşulduğu müəyyən edilib. Eyni məlumata görə, saxlanılan şəxs partlayıcı qurğular üzrə yüksək ixtisaslı mütəxəssisdir və “terror təşkilatının tərkibində xüsusilə mühüm hadisələrə cavabdeh olub”.

Saxlanılan şəxsin yaşadığı ünvanda aparılan axtarış nəticəsində müxtəlif maddi sübutlar və istintaq üçün əhəmiyyət kəsb edən elektron saxlama vasitələri götürülüb.

Dövlət Təhlükəsizlik Xidməti saxlanılan şəxsin kimliyini açıqlamır.