Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2167,1 kq qızıl, 2703.2 kq isə gümüş istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7% artıb, gümüş istehsalı isə 20.3% azalıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2131,2 kq qızıl, 3390,2 kq isə gümüş istehsal edilib.