Mayın 2-də saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Sabirabad rayonu ərazisində yerləşən stasionar postunda “BMW” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sürücü, əvvəllər məhkum olunmuş 34 yaşlı R.Allahverdiyevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.
Araşdırma aparılır.