Вернуться назад Распечатать

Ramiz Mehdiyev milyonlarla dollara satışa çıxarılan dəbdəbəli villadan DANIŞDI

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə aid olduğu iddia edilən, paytaxtın Tbilisi prospektində dəyəri 8 milyon dollar olan dəbdəbəli villa satışa çıxarılıb.

1xeber.media xəbər verir ki, məsələ ilə bağlı "Unikal"a açıqlama verən Ramiz Mehdiyev villanın ona məxsus olmadığını deyib:

"Satışa çıxarılan villanın qətiyyən bizimlə əlaqəsi yoxdur. İlk dəfədir sizdən eşidirəm.

Bizim satışa çıxarılan villamız yoxdur. Kimə aid olduğunu bilmirəm", - deyə o qeyd edib.