Вернуться назад Распечатать

Kredit borcu olanların nəzərinə

Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Belə ki, 2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib. Rəsmi statistika göstərir ki, banklardan borclananların sayı sürətlə artır.

Həmin şəxslər borclarını ödəmədiyi təqdirdə, hansı qanuni tədbirlər görülə bilər?

Vəkil Turan Abdullazadə deyib ki, Mülki Məcəllənin müvafiq müddəalarına əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.