Вернуться назад Распечатать

ABŞ və İsrail Yəmənin Hodeyda şəhərinə zərbə endirib

ABŞ və İsrail Yəmənin Ənsar Allah hərəkatının husilərin nəzarətində olan Hudeydə şəhərinə birgə zərbələr endirib.

1xeber.media xəbər verir ki, bu barədə mayın 5-də Al Masirah telekanalı özünün Telegram kanalında məlumat yayıb.

Hudeydə limanına, eləcə də Bəcil bölgəsindəki hədəflərə 6 hava zərbəsi endirilib. Telekanalın məlumatına görə, hava zərbələri Əl-Hodeyda əyalətindəki sement zavoduna da endirilib.
Fələstinin “AlQastalps” nəşrinin Telegram kanalında Hudeydadakı vəziyyətin videosu yayımlanıb.