İsrailin Yəmənin Əl-Hodeyda əyalətinə endirdiyi zərbələr nəticəsində azı 21 nəfər yaralanıb.
1xeber.media xəbər verir ki, bu barədə mayın 5-də Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının Səhiyyə Nazirliyi məlumat yayıb.
“İlkin məlumatlara görə, ABŞ və İsrailin Bağdad sement zavoduna endirdiyi zərbələr nəticəsində 21 mülki şəxs yaralanıb”, - Səba agentliyi departamentin bəyanatından sitat gətirir.
Səhiyyə və Ətraf Mühit Nazirliyi ABŞ və İsrailin xidmət və mülki obyektləri hədəf alan davam edən hücumlarını pisləyib. Agentlik beynəlxalq ictimaiyyəti aktiv fəaliyyət göstərməyə çağırıb.