2025-ci ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 811 milyon manat vəsait proqnozlaşdırılıb.
Bəs, hansı sosial istiqamətlərdə artımlar gözlənilir?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev danışıb.
O, açıqlamasında qeyd edib ki, minimum əməkhaqqının və pensiyanın artırılmasını arzulamaq və artırıldığı halda buna çox da sevinmək lazım deyil:
"2025-ci ilin dövlət büdcəsi layihəsində sosial müdafiyə və sosial təminat xərcləri üçün təqribən 5 milyarda yaxın vəsait proqnozlaşdırılıb. Bu əslində gözlənilən idi, çünki, ölkə başçımızın parlamentin ilk iclasındakı çıxışında da biz bunun anonsunu eşitmişdik. Ölkə başçımız həmin çıxışında minimum əməkhaqqları, pensiyaların artırılması ilə bağlı praqnozu vermişdi. Bu məsələ, əsasən ölkədə inflyasiya göstəriciləri, bazar qiymətlərinin dəyişməsi vəs, asossasiya olunur.
Hesab edirəm ki, ekonometrik hesablamalar aparılmalıdır və indeksasiya məhz bazar qiymətləri, inflyasiya səviyyəsinin artımına uyğun şəkildə indeksləşməlidir. Bu baxımdan yaşayış minimumu və pensiyaların o cümlədən, veteranlar üçün nəzərdə tutulmuş təqüdün artırılması da əslində praqnozlaşdırılandır. 2023-2024-cü ildə inflyasiya göstəriciləri yüksək olub. Yəqin ki, bu indeksasiya zaman bu nəzərə alınacaq, bu səbəbdən də biz ikirəqəmli artımı müşahidə edə bilərik. Müharibə veteranlarının da təqaüdlərinin artırılması nəzərdə tutula bilər. 2019-cu ildən onlara ayrılan təqaüd 80 manat müəyyənləşib, baxmayaraq ki, digər xərclərdə artımlar olub. Yəqin ki, artımlar zamanı, veteranlar üçün nəzərdə tutulan təqüdlərdə də artımı müşahidə edəcəyik. Sosial müdafiə və təminat üçün nəzərdə tutulan vəsait 2025-ci ildə 14% çoxdur. Belə ki, dövlət büdcəsinin xərcləri 45% məhz sosial istiqamətə yönələcək. Güman edirik ki, məhz bu artım fiskal gəlirlərin, maliyyə dəyərləndirmələrinin nəticəsində daha dəqiq məlum olacaq. Mənə elə gəlir ki, pensiyaların və minimum əməkhaqqının artırılmasına o qədər də maraqlı olmaq lazım deyil. Çünki, bazar dərhal bu artıma reaksiya verir və ona uyğun şəkildə qiymətləri də artırır. Bu isə çox təəssüf doğurucu bir haldır".