Вернуться назад Распечатать

AfD Merz-i istefaya və yeni seçkilər təyin etməyə çağırır

Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqının (CDU/CSU) alyansının lideri Fridrix Merz Almaniya kansleri postuna seçkilərin birinci turunda lazımi sayda səs toplaya bilməyib, istefa verməli və yeni seçkilər təyin etməlidir.

1xeber.media xəbər verir ki, bunu mayın 6-da Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Elis Vaydel deyib.

"Biz (AfD partiyası – red.) hökumətin məsuliyyətini öz üzərimizə götürməyə hazırıq və yalnız sağlam düşüncənin qalib gəlməsinə çağıra bilərik. Cənab Merz dərhal istefa verməli və ölkəmizdə yeni seçkilərə yol açmalıdır", - deyə siyasətçi bildirib.

O qeyd edib ki, Almaniya kansleri seçkilərində səsvermənin uğursuzluğu ölkənin gələcək yeni hökuməti XDİ/CSU və Almaniya Sosial Demokrat Partiyasının (SPD) quracağı koalisiyanın nə qədər kövrək olduğunu göstərdi.