Вернуться назад Распечатать

Saratov hava limanı Moskvaya uçan təyyarələri qəbul edib

Saratov Qaqarin hava limanı Rusiyanın regionlarından, həmçinin Gürcüstan, Türkiyə, Azərbaycan, Tacikistan və Özbəkistandan Moskvaya uçan 9 təyyarəni qəbul edib.

1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Hazırda təyyarəyə yerdə xidmət göstərilir. Aviaşirkətlərin nümayəndələri sərnişinlərlə işləyir", - agentliyin mənbəsi bildirib.

Qaqarin hava limanından ehtiyat kimi istifadə edildiyi bildirilir. Hava limanı Tbilisi, Qazipaşa, Bakı, Düşənbə, Mineralnıye Vodı, Stavropol, Daşkənd və Soçidən uçan təyyarələri qəbul edib.