Вернуться назад Распечатать

Kelloq Kiyevin 30 günlük atəşkəsə razılaşmağa hazır olduğunu açıqlayıb

Kiyev uzadılma ehtimalı ilə ən azı 30 günlük atəşkəs rejiminin tətbiqində israrlıdır.

1xeber.media xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Fox News telekanalına müsahibəsində deyib.

"Onlar hərtərəfli atəşkəslə - quru, dəniz və hava yolu ilə - ən azı 30 gün müddətinə uzadılması imkanı ilə razılaşırlar. Və biz bunu bu gün etməyə hazırıq", - siyasətçi vurğulayıb. Kelloqun sözlərinə görə, Ukrayna tərəfi 30 kilometrlik bufer zonasının yaradılmasını təklif edib.