ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Ukrayna mövcud təmas xəttləri boyunca münaqişəni dondurmaq istəyir.
1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Kiyevdən 30 kilometrlik hərbsizləşdirilmiş zona yaratmaq da istənilib. Kelloq qeyd edib ki, Ukrayna tərəfi Ukrayna qoşunlarının 15 kilometr geri çəkilməsi variantını nəzərdən keçirir və ABŞ-ın Rusiyanı da buna razı salacağını gözləyir.
Bundan əlavə, Kiyev uzadılma ehtimalı ilə ən azı 30 günlük atəşkəsin tətbiqində israrlıdır, Kelloq əlavə edib.