Вернуться назад Распечатать

Sobyanin Moskvaya uçan daha iki PUA-nın məhv edildiyini bildirdi

Hava hücumundan müdafiə sistemləri Moskva istiqamətində uçan daha iki pilotsuz uçuş aparatını (PUA) məhv edib.

1xeber.media xəbər verir ki, bu barədə mayın 6-da paytaxtın meri Sergey Sobyanin məlumat verib.

"Moskvaya uçan daha iki pilotsuz uçan aparat məhv edilib", - Sobyanin Telegram kanalında yazıb.

Onun sözlərinə görə, pilotsuz uçan aparatın dağıntılarının düşdüyü yerdə mütəxəssislər işləyir.