Вернуться назад Распечатать

ABŞ və İsrail Qəzzada müvəqqəti administrasiyanı nəzərdən keçirir

ABŞ və İsrail Qəzza zolağında Vaşinqtonun rəhbərlik edəcəyi müvəqqəti administrasiyanın yaradılmasının mümkünlüyü ilə bağlı danışıqlar aparıb.

1xeber.media xəbər verir ki, bu barədə mayın 7-də “The Jerusalem Post” məlumat yayıb.

“Yüksək səviyyəli məsləhətləşmələr ABŞ nümayəndəsinin rəhbərlik etdiyi keçid hökuməti üzərində qurulub, o, Qəzzanı silahsızlaşdırılıb sabitləşdirilənə və Fələstin hakimiyyəti yaranana qədər ona nəzarət edəcək”, - nəşr vurğulayır.

Qeyd olunur ki, belə administrasiyanın mövcudluğu üçün müəyyən şərtlər olmayacaq və onun iş müddəti anklavdakı vəziyyətdən asılı olacaq.