Вернуться назад Распечатать

Polşa Almaniyadan təzminat ödəməkdən imtina edib

Polşa Almaniyadan təzminat tələbindən imtina edib. Berlin indi İkinci Dünya Müharibəsində nasist işğalı zamanı Varşavaya dəymiş ziyana görə kompensasiya ödəməli deyil.

1xeber.media xəbər verir ki, bu barədə respublikanın baş naziri Donald Tusk bildirib.

"Biz bundan sonra bunu tələb etməyəcəyik. Mən diqqətimi hər iki ölkənin birgə təhlükəsizliyinin təmin edilməsinə yönəltmək istərdim", - siyasətçi bildirib. O əlavə edib ki, kompensasiyanın vaxtının gəlib-gəlməyəcəyi gələcəkdə aydın olacaq.