Вернуться назад Распечатать

Lavrov Aİ ölkələrinin hava məkanını bağlamasını biabırçılıq adlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Vətən Müharibəsində Qələbə Gününü qeyd etmək üçün Moskvaya getmək istəyənlər üçün Aİ ölkələrinin hava məkanını bağlamasını biabırçılıq adlandırıb.

1xeber.media xəbər verir ki, onun sözlərini mayın 7-də jurnalist Pavel Zarubin öz Telegram kanalında dərc edib.

"Mən hələ də televiziya və senzura qaydalarına əməl edirəm, ona görə də bu barədə nə düşündüyümü deməyəcəyəm. Amma, əlbəttə, bu, biabırçılıqdır", - Rusiya XİN rəhbəri deyib.

O əlavə edib ki, avropalı siyasətçilərin Ukraynanın Aİ-yə daxil olması ilə bağlı bəyanatları Avropanın “nasist dəyərlərini təbliğ edənləri” gözlədiyini göstərir.