Avropa İttifaqı (Aİ) dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirdən növbəti tranşın bir hissəsi kimi Ukraynaya bir milyard avro köçürüb.
1xeber.media xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) saytında məlumat verilib.
“Avropa Komissiyası Ukraynaya bir milyard avro məbləğində müstəsna makromaliyyə yardımının dördüncü tranşını ayırıb və bununla da Aİ-nin Ukraynanın ən böyük donoru kimi rolunu gücləndirib”, - məlumatda deyilir.
Qeyd olunur ki, ilin əvvəlindən Avropa Komissiyası tərəfindən Ukraynaya verilən kreditlərin ümumi həcmi altı milyard avroya çatıb. Gələcəkdə Aİ Kiyevə daha 12,1 milyard avro köçürməyi planlaşdırır.