Вернуться назад Распечатать

Çexiyalı məmur Zelenski ilə görüşə bu corabda gəldi: Moskvada dəli oldular

Çexiya hökumətinin Ukraynanın yenidən qurulması üzrə komissarı Tomaş Kopeçnının Praqada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə geydiyi corab Rusiyada kəskin tənqidlərə səbəb olub.

1xeber.media  xəbər verir ki, bu barədə TN.cz məlumat yayıb.

Ötən həftə Zelenski Praqaya səfər edib. Onunla görüşdə Kopeçnı üzərində yanan Kremlin şəkli olan corablar geyinib.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov buna qəzəblə reaksiya verib.

"İndi Kopeçnı corab geyinir, alt paltarı geyinir, sabah isə ortezdə gələcək. Niyə biz bu qəribələrə elə baxırıq ki, sanki həyatımız onlardan asılıdır? Xəstələri psixiatra aparmaq lazımdır", - Federasiya Şurasının komitə sədrinin müavini deyib.

Həmçinin, bildirilir ki, Rusiya mediası Kopeçnının corabları ilə bağlı hiddətlə yazır.

Eyni zamanda, Kopeçnının özü də tənqidlərə belə cavab verib: "Ruslar artıq dördüncü ildir ki, Ukrayna şəhərlərini raketlərlə bombalayır və günahsız insanları qətlə yetirir. Bu, onları narahat etmir. Amma eyni şey onların şəhərlərində baş versəydi, necə görünəcəyini simvolik şəkildə əks etdirən corablar, rusları qəzəbləndirib”.