Вернуться назад Распечатать

ABŞ və Böyük Britaniya sıçrayışlı ticarət sazişi əldə etdilər

ABŞ və Böyük Britaniya arasında yeni ticarət sazişi imzalanıb. 

1xeber.media xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Ağ Evdə bildirib.

"Bu səhər mən Böyük Britaniya ilə sıçrayışlı ticarət razılaşmasına nail olduğumuzu elan etməkdən məmnunam" dedi Tramp.

Amerika lideri onu da aydınlaşdırıb ki, bu sövdələşmə Tramp administrasiyasının son dörd həftə ərzində müzakirə etdiyi bir sıra razılaşmalardan birincisidir. “Müqavilə, xüsusilə kənd təsərrüfatı sektorunda Amerika ixracatının genişlənməsi üçün milyardlarla dollar vəsait nəzərdə tutur”, - Tramp izah edib.

ABŞ prezidenti əlavə edib ki, saziş həmçinin Böyük Britaniya və ABŞ arasında iqtisadi təhlükəsizliyin birləşməsinə gətirib çıxaracaq planları ehtiva edir. "Bu, ilk dəfədir ki, baş verir" deyə Tramp təfərrüatları açıqlamadan yekunlaşdırıb.

Tramp daha əvvəl demişdi ki, 8 May Böyük Britaniya ilə mümkün ticarət sazişindən danışarkən əlamətdar gün olacaq. “Bu, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya üçün çox böyük və həyəcanlı gün olmalıdır”, - dövlət başçısı vurğulayıb.