Devid Bekhem dördüncü divizion İngiltərənin Salford Siti klubunu satın alıb.
1xeber.media xəbər verir ki, bu barədə Salfordun rəsmi saytı məlumat yayıb.
"Mən Salfordda böyümüşəm. Orada yaşadıqlarımla bağlı çox gözəl xatirələrim var. Bu yer və onun insanları mənim futbol karyeramda mühüm rol oynayıb", - Bekhem deyib.
Bekhemlə birlikdə onun keçmiş “Mançester Yunayted”dəki komanda yoldaşı Qari Nevill də klubda pay alıb. “The Athletic” yazır ki, onlar bir neçə ay investisiya tərəfdaşları axtarıblar.