Вернуться назад Распечатать

İcra başçısı özünə xanım müavin təyin etdi

Siyəzən Rayon İcra hakimiyyətinin başçısı Novruz Novruzov özünə yeni müavin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

1xeber.media Oxu.Az-a istinadən xəbər verir ki, sərəncama əsasən Ruhiyyə Hacıyeva icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini təyin olunub.

Xanım müavin bu yüksək posta təhsil sahəsindən gəlib. Bu vəzifəyə qədər o, Siyəzən şəhərindəki İnteqrasiya təlimli və internat tipli gimnaziyanın direktoru olub.