Вернуться назад Распечатать

Tramp Yaxın Şərqə səfəri zamanı Fələstin dövlətini tanıyacaq

ABŞ prezidenti Donald Tramp mayın ortalarında Yaxın Şərqə səfəri zamanı ABŞ-ın Fələstin dövlətini tanıdığını elan etməyi planlaşdırır.

1xeber.media xəbər verir ki, bu barədə  “The Jerusalem Post” məlumat yayıb.

“Prezident Donald Tramp Fələstin dövləti və onun Amerika tərəfindən tanınması, həmçinin [radikal Fələstin hərəkatı] HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətinin yaradılması ilə bağlı bəyanat verəcək”, - nəşr yazır.

Nəşrin fikrincə, belə bir bəyanat verilərsə, bu, regionda qüvvələr balansını dəyişə biləcək əhəmiyyətli addım olacaq. Bundan əlavə, İbrahim razılaşmalarına yeni ölkələrin də qoşulacağı gözlənilir.