1xeber.media xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron dörd ölkə liderinin Kiyevə gəlişinin səbəbini açıqlayıb.Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Makronun sözlərinə görə, o, Polşanın baş naziri Donald Tusk, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın baş naziri Keir Starmer ilə birlikdə sülh, suverenlik və respublikanın gələcəyini müzakirə etmək üçün Ukraynaya gəlib. O vurğulayıb ki, sülhün bərqərar olması üçün qeyd-şərtsiz atəşkəs lazımdır. Eyni zamanda Fransa prezidenti qeyd edib ki, Rusiya bu ideyanı rədd edir.
Makron həmçinin bəyan edib ki, Kreml atəşi dayandırmaqdan imtina edərsə, Avropa və ABŞ Rusiyaya təzyiqləri artırmağa hazırdır.
“Ukrayna öz xalqı üçün, eyni zamanda bizim inandığımız Avropa ideyası uğrunda mübarizə aparır. “Azad, güclü, firavan və Avropalı Ukrayna bizim üfüqümüzdür”, - Makron qeyd edib.
Bir gün əvvəl Slovakiyanın baş naziri Robert Fiko Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirmişdi ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları nəticə vermir, əksinə, cəmiyyətin özünə ziyan vurur.
Bir neçə gün əvvəl Bloomberg xəbər vermişdi ki, Aİ "Surqutneftegaz"ı, sığortaçı VSK-nı və Dubayda yerləşən "Lukoyl"un törəmə müəssisəsini Rusiya əleyhinə sanksiyaların 17-ci paketinə daxil etmək niyyətindədir. Öz növbəsində, Reuters agentliyi Britaniyanın Rusiyanın kölgə donanmasının bir hissəsi olduğu iddia edilən 100 tankerə qarşı sanksiya tətbiq edəcəyini bildirib.