Nasizmin heç vaxt geri qayıtmamasını təmin etmək üçün dünya məsuliyyət daşıyır.
1xeber.media xəbər verir ki, bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva mayın 10-da keçirdiyi brifinqdə məlumat verib.
"Qələbə Günü bütün Rusiyada geniş şəkildə qeyd olunur. Biz hamımız məsuliyyət daşımalıyıq ki, nasizm kimi bəla bir daha planetimizdə görünməsin", - o, Facebook səhifəsində yayımlanan brifinqdə qeyd edib.
O əlavə edib ki, Avropa ölkələri, o cümlədən Fransa və Almaniya Moskvada keçirilən Qələbə bayramına qatılmalı və Rusiyanın nasizmin məhv edilməsinə verdiyi töhfəyə hörmətlə yanaşmalı idi. Siyasətçi qeyd edib ki, Avropa ölkələri və onların müttəfiqləri “yenidən müharibə vəziyyətinə qayıdırlar” və yenidən silahlanma tempini artırırlar. O, bunu “dəlilik” adlandırıb.