Вернуться назад Распечатать

Hindistan Pakistanın mülki hədəflərə hücum etdiyini bildirir

Pakistan mayın 10-na keçən gecə Hindistan İttifaqının Cammu və Kəşmir ərazisinin yaşayış məntəqələrinə çoxsaylı pilotsuz təyyarələr buraxaraq mülki əhali və dini obyektlərə təhlükə yaradıb.

1xeber.media xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

“2025-ci il mayın 10-da Pakistan Cammuda məşhur Şambhu məbədi və yaşayış məntəqələri kimi ibadət yerlərini hədəf alaraq hərbi əməliyyatlarını davam etdirib”, - deyə məlumatda bildirilir.

Pakistanın Kəşmirdəki tibb və təhsil müəssisələrini hədəfə aldığı da qeyd edilir.