Вернуться назад Распечатать

Şimali Koreya lideri ABŞ müttəfiqlərinin hücumu halında Rusiyaya kömək edəcəyinə söz verib

Şimali Koreya lideri Kim Çen In ABŞ-ın müttəfiqlərinin hücumu halında Rusiyaya hərbi yardım göstərməyə hazır olduğunu açıqlayıb.

1xeber.media xəbər verir ki, bu barədə mayın 10-da Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Ukraynalı marionetlərin nüvə dövlətinin ərazi bütövlüyünə qarşı hərbi əməliyyatlarının açıq-aşkar xarakterinə göz yumsaq, onlar sonda daha da ehtiyatsız addımlar atmağa cəsarət edə bilərlər”, – KCNA Kim Çen Indan sitat gətirib.

O, həmçinin qeyd edib ki, bu cür hərəkətlər “ABŞ-ın Seuldakı hərbçilər timsalında yüksək səviyyəli əlaltılarını” ruhlandıra bilər. KXDR rəhbəri vurğulayıb ki, ehtiyatsız hərəkətlər “yoluxucu virus” kimi yayılacaq və belə səhvlərin qarşısı alınmalıdır.