Вернуться назад Распечатать

Makron Rusiyanı yeni sanksiyalarla hədələyib

Moskva Ukraynada 30 günlük atəşkəsin şərtlərini qəbul etməkdən imtina edərsə, bir neçə gün ərzində Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq oluna bilər.

1xeber.media xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron LCI telekanalına müsahibəsində deyib.

“Bizim üçün bu yaxın günlərdir ki, biz yeni sanksiyalar paketini təqdim edə bilməliyik.

Fransa liderinin sözlərinə görə, gələcək sanksiyalar “Rusiya iqtisadiyyatı üçün daha sərt” olacaq və çəkindirici rol oynamalıdır. Makron həmçinin vurğulayıb ki, o, Moskva və Kiyev arasında birbaşa danışıqları asanlaşdırmağa hazırdır.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merz də Moskvanın atəşkəs təklifini rədd edəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini bildirib. O qeyd edib ki, bu hərəkətlər Avropa İttifaqı, Böyük Britaniya və ABŞ arasında əlaqələndirilir.