Pakistanın müdafiə naziri Xavaca Asif Hindistanla münaqişənin kəskinləşməsi fonunda ölkənin nüvə arsenalına nəzarət edən şuranın iclasının keçirilməsi ilə bağlı xəbərləri təkzib edib.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 10-da Reuters agentliyi məlumat yayıb.
“Milli Komandanlığın heç bir iclası keçirilməyib və belə bir görüş nəzərdə tutulmayıb”, - deyə o, nəşrdə sitat gətirib.
Pakistanın xarici işlər naziri İshaq Dar da bildirib ki, Hindistan dayansa, İslamabad da dayandırmağı düşünəcək.