Вернуться назад Распечатать

SON DƏQİQƏ-Zelenski Tramp və Kiyevə səfər edən Avropa liderləri ilə ATƏŞKƏS RAZILIĞINA GƏLDİ

Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tusk Kiyevdə “İstəklilər koalisiyası” çərçivəsində danışıqlardan sonra ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar.

 “RBC-Ukrayna” xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa məlumat verib.

“Ukrayna və bütün müttəfiqləri artıq bazar ertəsindən  başlayaraq quruda, havada və dənizdə ən azı 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəsə hazırdırlar”, – deyə o bildirib