ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanındakı sammitdə Fələstinin dövlət müstəqilliyinin tanınması barədə bəyanat verə bilər.
1xeber.media xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti ABŞ-nin “The Media Line” agentliyinə istinadən yazır.
"Prezident Donald Tramp Fələstin dövləti məsələsi və onun ABŞ tərəfindən tanınması ilə bağlı qərarını, o cümlədən HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətinin yaradılmasını elan edəcək", – məlumatda qeyd edilib.
Mənbələrin məlumatına görə, Fələstinin tanınması qərarı HƏMAS-ın yeni dövlətin idarə edilməsində iştirak etməməsi şərtinə əsaslanacaq.