Вернуться назад Распечатать

Anar Bayramovun sədr olduğu agentlik lisenziya alır – 29 min manata

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “İNBİT” MMC ilə 29.541,3 manat məbləğində müqavilə imzalayıb.

Sənədə əsasən, şirkət agentliyə reabilitasiya altsistemi üçün lisenziyaların satın alınmasını təmin edəcək.

Başlıq Miqdar

Proqram təminatı

“Reabilitasiya” altsisteminin (RAS) 1CV8 proqram təminatının lisenziyalaşadırılması üçün 1C server lisenziyası

1

ədəd

Proqram təminatı

1C məhsullarına texniki dəstəyi həyata keçirən “1С:ИТС” – portalında qeydiyyatın təmin edilməsi

1

ədəd

Proqram təminatı

1C İstifadəçi lisenziyası

250

ədəd

Qeyd edək ki, qalib şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Vüqar İsmayılov Mühüm Oğludur. 

Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur.

32gun.az