Вернуться назад Распечатать

Bakıda fantastik qiymətə gilas satılır

May ayı olmasına baxmayaraq, Bakıda gilasın qiyməti əl yandırır.

Paytaxtın mərkəzinə yaxın ərazilərdəki kiçik meyvə-tərəvəz mağazalarında gilasın kilosu 25-30 manata satılır.

Satıcılar həmin gilasın Xaçmaz məhsulu olduğunu əsas gətirərək belə baha satdıqlarını bildirirlər.

Nisbətən kənar ərzilərdə isə gilasın kilosu 5-11 manata satılır.