Britaniya bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin ölkəyə ballistik raketlərlə hücuma məruz qalacağı təqdirdə nüvə silahı ilə cavab verməyə icazə verən doktrinanı təsdiqləməsi “məsuliyyətsizliyin ən son nümunəsidir”.Baş nazirin 10 nömrəli ofisinin sözçüsü, Putinin Rusiyaya ballistik raket hücumu halında "nüvə cavabı" doktrinasını təsdiqləməsi ilə bağlı açıqlamalar verib.
1xeber.media xəbər verir ki, Ukraynanı qətiyyətlə dəstəkləməyə davam etdiyini vurğulayan sözçü, İngiltərənin müdafiəsinin Ukraynadan başladığını hər zaman söylədiklərini bildirib."Putin sabah bu müharibəyə son qoya bilər. O, əsgərlərini geri çəkə, tanklarını geri qaytara və həm Ukraynada, həm də Rusiyada davam edən təcavüzə və lazımsız qan tökülməsinə son verə bilər. Bu, tamamilə onun əlindədir. Biz onu buna çağırırıq".
"Nüvə reaksiyası" doktrinası,Rusiya prezidenti Putin bu gün ölkəsinə ballistik raketlərlə hücuma məruz qaldığı təqdirdə nüvə silahı ilə cavab verməyə icazə verən doktrinanı təsdiqləyib.