Вернуться назад Распечатать

Putin Zelenski ilə görüşə gedəcəkmi?

Vladimir Putinin Vladimir Zelenski ilə danışıqlar üçün İstanbula gəlməsi ehtimalı çox aşağıdır.

1xeber.media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X şəbəkəsində yazıb.

Belə ki, o, Ukrayna prezidentinin gələn həftə Türkiyəyə səfər edəcəyini və Rusiya lideri ilə birbaşa danışıqlar aparmağı təklif edən mesajını paylaşıb:

"Əsl lider belə edir. Heç kimin və heç nəyin arxasında gizlənmir. Rusiya tərəfinin zərrə qədər belə cəsarətə sahib olması ehtimalı çox azdır".