Вернуться назад Распечатать

Rusiyanın Yəməndəki səfirliyi Seven Pearls tankerindən dənizçiləri təxliyyə edir

ABŞ-ın Yəmənin Ras İsa limanına endirdiyi zərbələr nəticəsində zədələnən “Seven Pearls” tankerinin ekipajı, o cümlədən 19 Rusiya vətəndaşı yaxın 3-4 gün ərzində təxliyyə olunacaq.

1xeber.media xəbər verir ki, bu barədə mayın 12-də Rusiyanın Yəməndəki səfirliyi məlumat yayıb.

"Gəmi sahibi Ras İsa limanına yeni ekipaj göndərdi. Üç-dörd gün ərzində o, Amerikanın zərbələrindən sonra Yəmənin ərazi sularını tərk edə bilməyən ekipajı əvəz edəcək", - diplomatik missiyanın adının açıqlanmayan əməkdaşı TASS-a bildirib.

Hazırda tankerin Husilərin nəzarətində olan Əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən Ras İsa yaxınlığında olduğu bildirilir.