Вернуться назад Распечатать

Hindistanın baş naziri Pakistana hava hücumlarını dayandırdığını açıqlayıb

Hindistan Pakistan ərazisinə zərbələri dayandırıb və İslamabadın addımlarına uyğun hərəkət edəcək.

1xeber.media xəbər verir ki, bu barədə Hindistanın baş naziri Narendra Modi mayın 12-də xalqa müraciətində bildirib.

"Biz yalnız Pakistana qarşı əməliyyatları dayandırdıq, gələcək onların davranışlarından asılı olacaq", - "Hindustan Times" onun sözlərindən sitat gətirir.

Baş nazir vurğulayıb ki, Hindistan Ordusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri döyüşə hazır vəziyyətdədir.