ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ilə ticarəti Çindən daha pis hesab etdiyini bildirib.
1xeber.media xəbər verir ki, O, bu barədə Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı bildirib.
"Mən görürəm ki, Avropa İttifaqı ilə ticarət bir çox cəhətdən Çinlə ticarətdən daha pisdir".
Tramp AB-nin Amerika dərman şirkətlərini “sevmədikləri şeyləri etməyə” məcbur etdiyini açıqlayıb. Prezident əlavə edib ki, Avropa ölkələri də öz hakimlərindən istifadə edərək tez-tez Amerika şirkətlərini məhkəməyə verirlər.