Вернуться назад Распечатать

Fransa məhkəməsi Depardyeni təcavüz işində təqsirli bilib

Fransa məhkəməsi aktyor Jerar Depardyeni film çəkilişlərində iki həmkarına sataşmaqda təqsirli bilib.

1xeber.media xəbər verir ki, bu barədə  BFMTV kanalı məlumat yayıb.

"Paris məhkəməsi 2021-ci ildə "Yaşıl panjurlar" filminin çəkiliş meydançasında törədilən seksual zorakılıq işi üzrə aktyora qarşı qərar çıxarıb. "Jerard Depardye cəzalandırılıb", - nəşr yazır.

Aktyorun əlavə olaraq 2 il seçkilərdə iştirakına qadağa qoyulması şərti ilə 18 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir. O, həmçinin cinsi xarakterli cinayətlər törətmiş şəxslərin reyestrinə daxil edilib.