Вернуться назад Распечатать

Naxçıvan Şəhər İcra Hakimiyyətinin 190 minlik tenderi ləğv edildi

Naxçıvan Şəhər İcra Hakimiyyətinin şəhər küçələrinin işıqlandırması üçün mal materiallarının alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

1xeber.media  xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarında bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin dəyəri 190 090 AZN olub.