Вернуться назад Распечатать

Kral Almaniyada həbs olundu

Almaniyada separatçı “Almaniya Krallığı” təşkilatı qadağan edildi və özünü monarx elan edən Peter Fitzek həbs olundu.

1xeber.media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

“Bu ekstremistlər Almaniya ərazisində paralel dövlət yaradıb və kriminal maliyyə əməliyyatları ilə məşğul olublar”, - Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bildirib.

Daxili İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, basqınlar nəticəsində “krallığın” dörd lideri, o cümlədən özünü “Kral I Pyotr” elan edən saxtakar monarx həbs edilib. Dobrindt, təşkilatın hakimiyyət iddialarını antisemitizm sui-qəsd nəzəriyyələri ilə dəstəklədiyini söylədi.

Aprel ayında özünü taxt-tacın varisi elan edən Rumıniya kralı II Karolun nəvəsi Parisdə həbs edilib.